01 oktyabr 2025 16:02
118

G7 ölkələri anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi ilə bağlı razılığa yaxındırlar

G7 ölkələri Ukrayna münaqişəsi fonunda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı razılığa gəlməyə yaxındır.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Biz hesab edirik ki, indi Ukraynanın dayanıqlığını gücləndirmək və Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətini tənqidi şəkildə zəiflətmək üçün tədbirlərin əhəmiyyətli və əlaqələndirilmiş şəkildə gücləndirilməsinin vaxtıdır", - deyə, məlumatda qeyd edilib.

Qeyd edilir ki, məhdudiyyətlər əsas iqtisadi sektorlara - enerji, maliyyə, hərbi sənaye və bir sıra təşkilatlara təsir göstərə bilər.