01 oktyabr 2025 15:08
89

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə bu məsələni müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki,  Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə informasiya təhlükəsizliyinin təkmilləşdirilməsi müzakirə olunub.

İclasda Baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və başqaları iştirak ediblər. Baş nazirin müavini Vitali Savelyev hesabat məruzəsi ilə çıxış edib.