01 oktyabr 2025 15:10
88

Zelenski ölümündən sonra ona Ukrayna Qəhrəmanı adını verdi

Ukrayna prezidenti Vladimir Zelenski ölümündən sonra Ali Radanın keçmiş spikeri Andriy Parubiyə Ukrayna Qəhrəmanı adını verib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Qeyd edək ki, bu ilin avqust ayının 30-da Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş rəhbəri, Ali Radanın keçmiş spikeri Andriy Parubiy güllələnərək öldürülüb.

Qətldə 52 yaşlı Lvov sakini Mixaylo Stselnikov şübhəli bilinir. O, Parubiyi güllələdiyini etiraf edib və cinayəti Ukrayna hakimiyyətinə qarşı şəxsi qisas kimi qiymətləndirib.