01 oktyabr 2025 15:20
96

Keçmiş USAID rəhbərindən xərclərlə bağlı açıqlama

Keçmiş USAID administratoru Samanta Pauer prankerlər Vovan və Lexus-a Ukraynanın maliyyələşdirməsinin Konqresdən yan keçməsi barədə danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

O, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko olduğunu iddia edən prankerlərə “Biz hər ay birbaşa Ukrayna xəzinəsinə 1,5 milyard dollar nağd pul köçürürdük” deyib.

Onun sözlərinə görə, agentlik ABŞ Konqresinə hesabat vermədən Kiyevə pul göndərir.