03 oktyabr 2025 15:03
92

İngiltərədə ilin ən yaxşısı seçilən futbolçu milli komandaya dəvət almayıb

İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem İngiltərə millisinin oktyabrda keçirəcəyi oyunlarına çağırılmayıb.

“İki sahil” xəbər verir ki, yığmanın baş məşqçisi Tomas Tuxel onu siyahıya əlavə etməyib.

Bellinqem Qazaxıstanda "Kayrat"a qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 81-ci dəqiqədə meydana daxil olub. O, bir müddət əvvəl İngiltərədə ilin ən yaxşı futbolçusu seçilmişdi.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 9-da Uelslə evdə, 14-də Latviya ilə səfərdə üz-üzə gələcək.