UEFA Çempionlar Liqasının əsas mərhələsində günün ən yaxşı qolunun müəllifi olmaq "Qarabağ"ın futbolçusu Emmanuel Addai üçün xüsusi bir hissdir.
“İki sahil” xəbər verir ki, Hücumçu bu barədə açıqlama verib.
Forvard Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri matçda fərqləndiyi üçün çox xoşbəxt olduğunu bildirib:
"Düzünü desəm, qollar həmişə özəldir. Qol vurduğuma görə çox xoşbəxtəm. Çünki buna həqiqətən ehtiyacım var idi. Həftənin qolu seçilməsi isə xüsusi bir hissdir, həm də qürurdur. Məşqçilər heyətinə, komanda yoldaşlarıma və azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm".
Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i 2 cavabsız qolla üstələyib. Addai "köhlən atlar"ın ikinci qoluna imza atıb.