04 oktyabr 2025 08:14
105

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir

Bu gün Gürcüstanda yerli seçkilər keçirilir. Səhər saat 8-də ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kaladarişvili məlumat verib. Vətəndaşlar 64 bələdiyyə şurasının 2058 üzvünü və 64 merini seçəcək. Onun sözlərinə görə, ölkə üzrə 3061 seçki məntəqəsi açılıb, onlardan 2284-ü elektron, 777-si isə ənənəvi keçiriləcək.

Seçicilərin ümumi sayı 3 milyon 513 min 818 nəfərdir.

Seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilatdan olan müşahidəçilər, eləcə də 73 media orqanının minə yaxın nümayəndəsi izləyəcək.

Səsvermə saat 20:00-da başa çatacaq.