Kütahyanın (Türkiyədə) Simav rayonunda səhər saat 6:49-da zəlzələ baş verib.
“İki sahil” AFAD-a istinadla xəbər verir ki, zəlzələnin episentri Simav rayonunda olmaqla 4,1 bal gücündə qeydə alınıb.
Zəlzələnin 10,4 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”