III MDB Oyunlarında güləş yarışlarının ikinci gününün qarşılaşmaları başa çatıb, azərbaycanlı medalçılar bəlli olub.
“İki sahil” xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl, Əli Hacıyev (80 kiloqram), Hüseyn İsmayılov (65 kiloqram) gümüş, Hakim Tağıyev (110 kiloqram), İbrahim Süleymanov (55 kiloqram), qadın güləşçilər Esra Məmmədli (57 kq), Xədicə Qurbanzadə (49 kiloqram) isə bürünc medalın sahibi olublar.
Ötən gün də idmançılarımız sərbəst və qadın güləşçilərin mübarizəsində 7 medal qazanıblar.