04 oktyabr 2025 20:52
113

III MDB Oyunları: Azərbaycanın voleybol millisi Rusiyaya uduzub

III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında növbəti oyunlar keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisi Rusiyaya 0:3 hesabı ilə uduzub.

Günün ilk qarşılaşmasında isə Belarus və Özbəkistan yığma komandaları arasında baş tutub. Görüş Belarus seçməsinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu oktyabrın 6-da Belarus millisinə qarşı keçirəcək.