04 oktyabr 2025 21:27
91

MPL: “Turan Tovuz” Sumqayıtda zəfər qazandı

“Sumqayıt” doğma divarlar arasında “Turan Tovuz”u qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 34-cü dəqiqəsində Joralem Batista hesabı açıb. 58-ci dəqiqədə isə Aleks de Souza “Turan Tovuz”un üstünlüyünü iki topa yüksəldib.

Qarşılaşmada son qolu 90+3-cü dəqiqədə Ayxan Hüseynov vurub - 0-3. Bununla da Tovuz təmsilçisi qələbəni təmin edib.

Misli Premyer Liqası,

7-ci tur

4 oktyabr

19:30. “Sumqayıt” 0-2 “Turan Tovuz”

Qollar: Joralem Batista, 34, Aleks de Souza, 58, Ayxan Hüseynov, 90+3

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Akif Əmirəli

M.H. adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”