05 oktyabr 2025 09:49
150

Türkiyədə şənlik mərasimində kütləvi dava zamanı 6 nəfər bıçaqlanıb

Türkiyənin Qəhrəmanmaraş şəhərində şənlik mərasimində kütləvi dava olub.

“İki sahil” bu barədə yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, dava zamanı 6 nəfər bıçaqlanıb.

Hadisə yerinə polis və təcili yardım cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.