Nyu-York metrosunda vaqonun damında gəzməyə cəhd edən iki qız həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə "NBC" telekanalı şəhər polisinə istinad edərək məlumat yayıb.
"Nyu-York metrosunda qatarın damında iki qızın cəsədi tapılıb", - məlumatda bildirilib.
Yerli hakimiyyət orqanları bununla əlaqədar gəncləri qatarın üstündə və ya yanında səyahət etməkdən çəkinməyə çağırıb, bunun həyat üçün təhlükəli olduğunu xatırladıb.