Çexiyanın keçmiş baş naziri Andrey Babişin rəhbərlik etdiyi ANO ("Narazı Vətəndaşların Aksiyası) siyasi hərəkatı parlamentin Deputatlar Palatasına (aşağı palata) keçirilən seçkilərdə 34,51 faiz səs toplayıb.
“İki sahil” xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi Çexiya Statistika İdarəsinin səslərin hesablanmasına dair statistikasına istinadən məlumat yayıb.
ANO aşağı palatadakı 200 yerdən 80-ni alıb. Deputatlar Palatasına ümumilikdə altı siyasi qüvvə daxil olub.
2021-ci ilin payızında keçirilən Deputatlar Palatasına əvvəlki seçkilərlə müqayisədə ANO-nun aşağı palatadakı nümayəndələrinin sayı 8 deputat, Çex Pirat Partiyasının sayı isə 14 deputat artıb.
Oktyabrın 5-də Babiş, konstitusiyaya görə, Nazirlər Kabinetini təyin edən və onun formalaşmasında mühüm rol oynayan Çexiya Prezidenti Petr Pavellə görüşə dəvət olunub. Dövlət başçısı gün ərzində Deputatlar Palatasına seçilmiş bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşməyi planlaşdırır.