Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları Özbəkistandan olan xanım Şerye Şoyqu və onun soyadını daşıyan ərini saxlayıblar.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, cütlük kriptovalyuta birjasına investisiya yatırmaq adı ilə rusiyalılardan 100 milyon rubl (2 milyon manatdan çox - red.) toplayaraq onları aldadıblar.
Məlumata görə, 27 yaşlı Şeryexon Osmanova pasport məlumatlarını Şerye Şoyqu kimi dəyişərək, özünü Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun qardaşı qızı kimi təqdim edib və insanları aldadıb.
Hazırda cinayətlə bağlı araşdırma aparılır.