06 oktyabr 2025 03:03
109

Almaniyada hakim koalisiyaya daxil olan partiyanın qərargahlarından biri yandırılıb

Naməlum şəxslər Almaniyanın hakim koalisiyasına daxil olan Bavariya Xristian Sosial Birliyinin Münhendəki qərargahını yandırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Münhen polisinin mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, yerli sakinlər yanğınsöndürənlə alovun qarşısını alıblar.

Hadisə ilə bağlı heç bir şübhəli saxlanılmayıb, araşdırma başlanılıb.

Yanğın zamanı xəsarət alan olmasa da, binaya maddi ziyan dəyib.