06 oktyabr 2025 01:15
99

Bu gün Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

“İki sahil” "A Haber"ə istinadən xəbər verir ki, dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.

Məlumata görə, Ərdoğan hazırda İstanbuldadır. Oktyabrın 6-da o, Azərbaycana yola düşəcək.