06 oktyabr 2025 14:24
116

Qaradağda 1 nəfərin damdan yıxılaraq ölməsi ilə bağlı araşdırma aparılır

Oktyabrın 5-də paytaxtın Qaradağ rayonu ərazisində yerləşən kərpic zavodunda təmir işləri apararkən 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılması nəticəsində ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

“İki sahil” xəbər verir ki,  bu barədə Baş Prokurorluğun mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilib.