Monteneqronun keçmiş müdafiə naziri və Sosialistlərin Demokrat Partiyasının sabiq deputatı Predraq Boşkoviç həbs olunub.
“İki sahil” xəbər verir ki, Predraq Boşkoviç prokurorluğun qərarı ilə Podqoritsa hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
O, iş adamı Aleksandar Miyayloviçə qarşı aparılan istintaq çərçivəsində həbs edilib. Onunla yanaşı, keçmiş 3 polis əməkdaşı və bir prokuror saxlanılıb. Onların əmlaklarına həbs qoyulması barədə qərar çıxarılıb.
Saxlanılanların təhlükəsizlik sisteminə qarşı işləməkdə və cinayət təşkilatı yaratmaqda ittiham edildiyi bildirilir.