Əfqan hakimiyyəti bütün ölkələrlə tərəfdaşlıq əlaqələri inkişaf etdirməyi hədəfləyir, lakin onların ərazisində heç bir xarici hərbi mövcudluğunu qəbul etmir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Möttəki Əfqanıstan üzrə yeddinci Moskva formatı görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Biz bütün ölkələrlə iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək istəyirik, lakin heç bir xarici mövcudluğu heç vaxt qəbul etməyəcəyik", - deyən nazir Kabilin Moskva ilə hazırkı əlaqələrinin digər ölkələrlə münasibətlərin qurulması üçün bir model olduğunu vurğulayıb.