07 oktyabr 2025 16:24
122

Parisdə Lekornyunun iqamətgahı yaxınlığında partlayış baş verib

Fransanın paytaxtı Parisin mərkəzində, sabiq Baş nazir Sebastyan Lekornyunun "Hôtel Matignon" iqamətgahı yaxınlığında partlayış baş verib.

“İki sahil” xəbər verir ki, bu hadisə nəticəsində yük maşını yanıb.

Bildirilib ki, yanğın nəticəsində sıx tüstü yaranıb. Alov qonşu binalara yayılmayıb və heç kim xəsarət almayıb.

Hadisə Lekornyunun mərkəzçi blokdan olan siyasətçilərlə görüşü zamanı baş verib. Marin Le Pen və Cordan Bardella isə onun danışıqlar aparmaq dəvətini rədd ediblər.

"Baş nazir məsləhətləşmələri davam etdirəcək", - onun dəftərxanasından bildirilib.

Qeyd edək ki, Lekornyu ötən gün istefa verib. Fransa Prezidenti Emmanuel Makron onun istefa ərizəsini qəbul edib, lakin ona oktyabrın 8-dək yeni hökumət barədə danışıqlar aparmağı tapşırıb.