Ukrayna müharibənin 1322-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 117 360 hərbçi, 11 238 ədəd tank, 23 319 ədəd zirehli döyüş maşını, 33 493 ədəd artilleriya sistemi, 1 516 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 224 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 63 575 ədəd avtomobil texnikası, 67 564 ədəd PUA, 3 841 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 973 xüsusi avadanlıq itirib.