07 oktyabr 2025 16:05
118

Salyanda avtomobil qəzası olub, bir ailənin altı üzvü xəsarət alıb

Salyanda baş verən avtoqəzada bir ailənin altı üzvü xəsarət alıb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobillərin toqquşması nəticəsində altı nəfər - Salyan rayon sakinləri, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı, 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğlu, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı və şəxsiyyəti hələ dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır