Rusiya və ABŞ arasında diplomatik dialoq hələ də aşağı səviyyədədir, baxmayaraq ki, hər iki ölkə lideri Vladimir Putin və Donald Tramp arasında ünsiyyət daha canlı görünür.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Diplomatik qurumların xətti üzrə dialoq səviyyəsi hələ də ürəkaçan deyil. Təəssüf ki, indiyədək ciddi addımlar atılmayıb”, – deyə Kremlin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Moskva ilə Vaşinqton arasındakı böhranlı münasibətlərdə “böyük inersiya” müşahidə olunur. “Dövlət başçıları səviyyəsində vəziyyət bir qədər fərqlidir, daha canlıdır”, –deyə Peskov əlavə edib.