Ötən ilin iyun ayında Fransada başlayan və Baş nazir Sebastyan Lekornyunun istefa verməsi ilə daha da dərinləşən siyasi böhran ölkəyə 15 milyard avroya başa gələcək.
“İki sahil” xəbər verir ki, bu barədə "France Presse" agentliyi OFCE-yə istinadən məlumat yayıb.
"OFCE-nin yaranmış qeyri-müəyyənliyin nəticələrini qiymətləndirən məlumatlarına görə, 2024-cü ilin iyun ayında başlayan siyasi böhran 2025-ci ilin sonuna qədər ÜDM-in artımında 0,5 faiz bəndi və ya 15 milyard avro təşkil edəcək", - materialda qeyd olunub.
Xüsusilə, bu məbləğə seçkilərin təşkili, namizədlərin xərclərinin ödənilməsi və keçmiş nazirlərə müavinətlərin ödənişi daxildir.
S.Lekornyu oktyabrın 6-da cəmi 27 gün qaldığı Baş nazir vəzifəsindən istefa verib.