10 oktyabr 2025 09:03
125

İsrail yenidən Qəzza zolağına zərbə endirib

İsrail ordusu Xan Yunis və Qəzza şəhərində hava hücumları həyata keçirib.

“İki sahil” "Al Jazeera"yə istinadən xəbər verir ki, Xan Yunis və Qəzza şəhərləri İsrail tərəfindən hava zərbələri və top atəşlərinə məruz qalıb.

İtkilər barədə məlumat verilməyib.

Həmçinin İsrail ordusu bir hərbçisinin snayper atəşi nəticəsində həlak olduğunu açıqlayıb.