10 oktyabr 2025 16:38
113

Putin Azərbaycanla münasibətlərdən danışdı

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan arasında dövlətlərarası münasibətlərdə hansısa böhranın olmadığını hesab edir. 

“İki sahil” TASS-a istinadla xəbər verir ki, V.Putin bu barədə Düşənbədə jurnalistlərə açıqlamasında danışıb. 

O, vəziyyəti “emosiyalar böhranı” adlandırıb.

Rusiya lideri həmçinin Azərbaycanla münasibətlərdə pis səhifənin artıq geridə qaldığına ümid etdiyini vurğulayıb.