Tacikistan Prezidenti Emomali Rəhmon və Ermənistan Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Ticari-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsini müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Vurğulanıb ki, müqavilə-hüquq bazası mühüm sahələri əhatə edir və qarşılıqlı maraq doğuran sahələrdə tərəflərin potensialını reallaşdırmağa imkan verir.
Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT çərçivəsində qarşılıqlı əlaqə məsələləri üzrə fikir mübadiləsi aparılıb.