10 oktyabr 2025 13:50
127

Nobel Komitəsi: Sülh mükafatı Maçadoya Venesuelada demokratiya uğrunda mübarizəyə görə verilib

Venesuelada Nikolas Maduronun əsas rəqibi olan Maria Korina Maçado Nobel Sülh Mükafatına layiq görülüb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, Nobel Komitəsi bəyan edib ki, Maria Korina Maçado “diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün mübarizəyə” rəhbərlik edir.

Nobel Komitəsinin bəyanatında indiki Venesuela hökuməti avtoritar rejim adlandırılıb. Təşkilatçılar hesab edir ki, ölkə əvvəllər “nisbətən demokratik və çiçəklənən” olub.

Venesuela Ali Məhkəməsi Maçadonun 15 il müddətinə dövlət vəzifələrində işləməsini qadağan edib. Nəticədə 2024-cü il seçkilərində Maduronun başqa bir rəqibi, təqaüdçü diplomat Edmundo Qonzales bu vəzifəni üzərinə götürüb.

Müxalifət son nəticədə Nikolas Maduronun seçkilərdəki qələbəsini tanımayıb.