10 oktyabr 2025 21:47
113

Üçmərtəbəli evdə yanğın olub

Türkiyədə üçmərtəbəli evdə yanğın baş verib. Nəticədə beş yaşlı uşaq ölüb, 12 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, hadisə Mardin şəhərində baş verib.

Hadisə yerinə polis, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yaralılar xəstəxanaya yerləşdirilib. Onların müalicəsi davam edir. Hadisənin səbəbinin araşdırılması üçün araşdırma başladılıb.