Ermənistanın Abovyan şəhərində baş verən silahlı insident zamanı iki nəfər xəsarət alıb.
“İki sahil” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə oktyabrın 11-nə keçən gecə Kotayk rayonunda baş verib.
Məlumata görə, yaralananlardan birinin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Abovyanda bir qrup naməlum şəxs arasında mübahisə düşüb. Bu zaman nalayiq ifadələr və atəş səsləri eşidilib. Hadisə zamanı iki nəfər bədən xəsarətləri alaraq, xəstəxanaya aparılıb.
Yerli polis əməkdaşları hadisə yerində qan izləri, gilizlər, bıçaq, təsbeh muncuqları, mobil telefon aşkar ediblər.