Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Rizə vilayətində üzvləri qarşısında çıxışı zamanı gələcəkdə Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, o, Qəzzadakı vəziyyətdən danışarkən tədbir iştirakçılarına deyib: "Əvvəlcə mən Qəzzaya gedəcəm, sonra isə siz".
Türkiyə lideri atəşkəs razılaşmasından sonra geriyə dönüş olmayacağını vurğulayıb: "İsrail hökuməti imzaladığı öhdəlikləri yerinə yetirməli və təkcə bütün regionun deyil, həm də öz vətəndaşlarının təhlükəsizliyini təhdid edən təcavüzkar siyasətinə tamamilə son qoymalıdır. Qəzzaya humanitar yardımın çatdırılmasında heç bir maneə olmamalıdır. İki dövlətli həll regionumuzda davamlı sülhün açarıdır".