11 oktyabr 2025 19:39
134

Lekornyu Fransanın partiya təsirindən azad hökumət formalaşdırmaq istəyir

Fransanın Baş nazir vəzifəsinə yenidən təyin edilən Sebastyan Lekornyu ölkənin siyasi partiyalarının təsirindən azad bir hökumət formalaşdırmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, Lekornyu bu barədə jurnalistlərə deyib.

"Parlamentdə qüvvələr nisbətinə uyğun gələn hökumət lazımdır. Kabinet azad olmalıdır", - Baş nazir bildirib.

S.Lekornyu, həmçinin vurğulayıb ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatının dayandırılması məsələsində siyasi partiyalarla müzakirələr mümkündür.

O əlavə edib ki, sağçı Respublikaçılar Partiyasının lideri və Fransa Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini tərk edən Bruno Retayonun yeni hökumətin işində iştirakdan imtina etməsinə hörmətlə yanaşır.