ABŞ-ın Missisipi ştatında baş verən atışma nəticəsində azı 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə hakimiyyət orqanlarına istinadən CBS telekanalı məlumat yayıb.
Hadisə Leland şəhərində qeydə alınıb. Mer Con Linin sözlərinə görə, atışma gecə yarısı baş verib və dörd yaralı yerli xəstəxanalara çatdırılıb.
Onların vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib. Hadisə ilə bağlı şübhəli bilinən şəxs yoxdur, istintaq davam edir.