11 oktyabr 2025 19:59
131

Yaşar Gülər terrorçulara xəbərdarlıq edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər terrorçulara xəbərdarlıq edib.

“İki sahil” "Habertürk"ə istinadən xəbər verir ki, o, terrorla mübarizədə geri çəkilməyəcəklərini bildirib:

"Başda PKK/YPG/SDF olmaqla bölgədə terrorçuların möhkəmlənməsinə imkan verməyəcəyik".

O, həmçinin terrorçuların qonşu dövlətlərdə və ya fərqli adlar altında fəaliyyət göstərməsinə icazə verilməyəcəyini də bəyan edib.