11 oktyabr 2025 20:46
127

Meksikada daşqınlar 31 nəfərin həyatına son qoyub

Meksikanın mərkəzi və sahillərini vuran daşqınlar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "El Universal" qəzeti zərərçəkmiş ştatların rəsmilərinə istinadən məlumat yayıb.

Ən çox ölənlərin sayı 18 nəfərlə Hidalqo ştatında qeydə alınıb. Pueblada daha doqquz, Verakruzda üç, Queretaroda bir nəfər ölüb.

Təbii fəlakət, həmçinin Posa-Rika şəhərində suyun səviyyəsinin yerlərdə üç metri keçdiyi daşqın da daxil olmaqla, geniş dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Səlahiyyətlilər yüzlərlə evin zədələndiyini, onlarla körpünün və yolun dağıldığını bildirib.