İsrail hərbi qüvvələri Qəzza zolağında yeraltı bunkerdə 2023-cü il oktyabrın 7-də İsrailə hücum edən yaraqlılar üçün təlimatların yer aldığı ərəb dilində altı səhifəlik əlyazma mətni olan kompüter aşkarlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Yeddi İsrail rəsmisinin dediyinə görə, 2022-ci il avqust tarixli sənəd Fələstinin HƏMAS hərəkatının keçmiş rəhbəri Yəhya Sinvar tərəfindən yazılıb.
"Bu, mahiyyət etibarı ilə yaraqlılar üçün göstərişdir: əsgərlərə və mülki şəxslərə hücum etmək, israillilərə qorxu aşılamaq və ölkədəki vəziyyəti sabitsizləşdirmək üçün zorakılıq aktlarının yayımlanması", – nəşr qeyd edir.
Məlumatlarda komanda birbaşa "evləri yandırmağa" başlamaq əmrini verir və "Mən bütün kibbutzun yanmasını istəyirəm" deyir. Cəbəliyyədəki başqa bir komandir deyir: "Gördüyünüz hər şeyi yandırın".
İsrail rəsmiləri deyirlər ki, sənəd Sinvarın döyüşçülərinin əvvəldən mülki insanlara hücum etmək niyyətində olduğunu göstərir və bu, qruplaşma rəhbərliyinin açıqladığı bəyanatlarla ziddiyyət təşkil edir.
Mətndə mülki şəxslərin oğurlanması və ya öldürülməsi planlarından birbaşa bəhs edilməsə də, silahlılara yaşayış məntəqələrinə girərək onları "tankerdən benzin və ya dizel yanacağı" ilə yandırmaq əmri verilir.
İsrail polisinin əlyazma mütəxəssisi qeydin həqiqiliyini Sinvarın yazdığı digər sənədlərlə müqayisə edərək təsdiqləyib. HƏMAS-ın Qətərdəki sözçüsü tapıntı ilə bağlı şərh verməkdən imtina edib.