12 oktyabr 2025 17:17
121

Maçado: Tramp 2026-cı ildə Nobel Sülh mükafatını almalıdır

"ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Nobel Sülh mükafatını almalıdır".

“İki sahil” xəbər verir ki, bunu "Times" qəzetinə müsahibəsində mükafatın hazırkı laureatı Mariya Korina Maçado bildirib.

"Mən həqiqəti demək istəyirəm, inanıram ki, o, bu ada layiqdir", - deyə Maçado vurğulayıb.

Onun sözlərinə görə, amerikalı lider doqquz aylıq hakimiyyəti ərzində bir çox münaqişəni həll edib və qarşısını alıb. Maçado, xüsusilə Yaxın Şərqdə tənzimlənməyə diqqət yetirilməsinin vacib olduğunu qeyd edib.

Xatırladaq ki, bu il Nobel Sülh mükafatı Venesueladan olan siyasətçi və ictimai xadim Mariya Korina Maçadoya verilib.