ABŞ-ın Cənubi Karolina ştatında yerləşən barların birində atışma olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Dörd nəfər hadisə yerində ölüb, azı 20 nəfər yaralanıb. Yaralılardan 4-ü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ölənlərin və atəş açanların kimliyi hələlik açıqlanmayıb.