Meksikada daşqınlar nəticəsində ölənlərin sayı 48-ə çatıb, minlərlə insan təbii fəlakətdən zərər çəkib.
“İki sahil” xəbər verir ki, bu barədə "El Universal" rəsmi məlumatlara istinadən məlumat yayıb.
Qeyd edilir ki, İdalqo ştatında 22, Verakrusda 15, Pueblada 10, Keretaroda bir nəfər ölüb.
Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyinin məlumatına görə, oktyabrın 6-dan 9-dək Verakrus (540 mm), Puebla (487 mm), San-Luis-Potosi (298 mm), İdalqo (245 mm) və Keretaro (232 mm) ştatlarında güclü yağışlar qeydə alınıb.
San-Bartolo-Tutotepek bələdiyyəsində sel və torpaq sürüşmələri nəticəsində 17 nəfər itkin düşüb.
İdalqoda 150 yaşayış məntəqəsinin ətraf ərazilərlə əlaqəsi kəsilib, infrastrukturun dağılması zərərçəkənlərə yardımın göstərilməsinə mane olur.
Pueblanın şimalında azı 80 min insan təbii fəlakətdən zərər çəkib.
Elektroenergetika üzrə Federal Komissiya (CFE) beş ştatda 320 386 müştərinin elektriksiz qaldığını bildirib.
Ən böyük ziyan evlərə, məktəblərə, səhiyyə mərkəzlərinə və yollara dəyib.