DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.
“İki sahil” xəbər verir ki, A, B, D, J qruplarında ümumilikdə 8 görüş baş tutacaq.
Bu gün Ukrayna ilə qarşılaşacaq Azərbaycan millisinin yer aldığı D qrupunda İslandiya Fransanı qəbul edəcək.
İsveç evdə Kosovo ilə üz-üzə gələcəksə, Belçika səfərdə Uelsin, Almaniya isə Şimali İrlandiyanın qonağı olacaq.
DÇ-2026
Seçmə mərhələ
13 oktyabr
A qrupu
22:45. Şimali İrlandiya - Almaniya
22:45. Slovakiya - Lüksemburq
Xal durumu: Almaniya - 6, Şimali İrlandiya - 6, Slovakiya - 6, Lüksemburq - 0.
B qrupu
22:45. İsveç - Kosovo
22:45. Sloveniya - İsveçrə
Xal durumu: İsveçrə - 9, Kosovo - 4, Sloveniya - 2, İsveç - 1.
D qrupu
22:45. İslandiya - Fransa
22:45. Ukrayna - Azərbaycan
Xal durumu: Fransa - 9, Ukrayna - 4, İslandiya - 3, Azərbaycan - 1.
J qrupu
22:45. Uels - Belçika
22:45. Şimali Makedoniya - Qazaxıstan
Xal durumu: Şimali Makedoniya - 12, Belçika - 11, Uels - 10, Qazaxıstan - 6, Lixtenşteyn - 0.