13 oktyabr 2025 12:25
116

Pavel Durov Qazaxıstanda cərimələnə bilər

Qazaxıstanın Ekologiya Nazirliyi Telegram-ın həmtəsisçisi Pavel Durovu milli parkda yerləşən Kolsai gölündə çimdiyinə görə cərimələmək barədə düşünür.

“İki sahil” xəbər verir ki, "Kommersant" bu barədə Qazaxıstan İnzibati Polis Komitəsinin sədr müavini Aleksey Milyuka istinadla məlumat yayıb.

"Qadağan olunmuş ərazidə çimməyə gəlincə, bu, xüsusilə mühüm mühafizə olunan təbiət ərazisidir... Biz müvafiq materialları qeydə almışıq və müvafiq orqanlara göndərmişik. Hazırda onlar məsələyə baxırlar", - Milyuk deyib.

Komitə sədrinin müavini əlavə edib ki, pozuntulara görə cəzalar müxtəlif ola bilər. Minimum həddi xəbərdarlıqdan tutmuş 70 ABŞ dolları məbləğində cəriməyə qədər dəyişir.

Oktyabrın əvvəlində Pavel Durov Astanada keçirilən Digital Bridge forumunda iştirak etmək üçün Qazaxıstana səfər edib. O, Kolsay gölündən çıxarkən çəkdiyi videonu yayıb. Milli parkın rəhbərliyi bu davranışı tənqid edib.