“Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması Qaydaları” təsdiqlənib.
“İki sahil” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qeyd edək ki, bu Qaydalar “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 28 sentyabr tarixli Sərəncamının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb və elmi-texniki nailiyyətlərin texnoloji proseslərdə tətbiqi, qabaqcıl texnologiya, avadanlıq, xammal və enerji resurslarından qənaətlə istifadəsi, əmtəə məhsullarının çeşidinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi amilləri nəzərə alınmaqla, Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması qaydalarını müəyyən edir.