İsrail ABŞ Prezidenti Donald Trampın gələn il Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyəcək.
“İki sahil” xəbər verir ki, bunu Knessetin sədri Amir Oxan ABŞ liderinin də iştirak etdiyi xüsusi iclasda bəyan edib.
"Siz çoxlu sayda insan həyatını xilas etdiniz. Siz sülhün əldə olunması işində hər kəsdən daha çox tanınmağa layiqsiniz. Biz sizin gələn il Nobel Sülh mükafatına namizədliyinizin təsdiqlənməsi üçün müxtəlif ölkələrin hökumətləri ilə müzakirələr aparacağıq. Heç kim buna sizdən daha çox layiq deyil", - o bildirib.