İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS ilə razılaşmanın birinci hissəsinin həyata keçirilməsi və ABŞ prezidenti Donald Trampın İsrailə səfəri münasibəti ilə Knessetdəki çıxışında bəyan edib ki, qarşıdakı illər İsrail üçün sülh illəri olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
"Son iki il müharibə illəri olub. Qarşıdakı illər sülh illəri olacaq", - deyə cənab Netanyahu bildirib.
İsrailin baş naziri çıxışında İbranicə İncildəki Vaizlər Kitabından sitatlar gətirərək mətnlə indiki tarixi məqam arasında paralellik aparıb.