Peskov Medvedevin "Tomaqavk" raketləri ilə bağlı dediklərinə cavab verib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Ukrayna ordusu tərəfindən “Tomaqavk” raketlərinin buraxılması amerikalı mütəxəssislərin iştirakını tələb edəcək, ona görə də ABŞ-ın Ukraynaya mümkün raket tədarükü pis başa çata bilər.
O, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “bu raketlərin tədarükü hamı üçün pis başa çata bilər” sözlərini şərh edərkən deyib.
“Burada olan istənilən ekspert, ən kiçik də olsa, bunu mükəmməl başa düşür və tam dərk edir”, - Kreml sözçüsü bildirib.
Bu cür mürəkkəb raketlərin idarə edilməsi amerikalı mütəxəssislərin iştirakını tələb edəcək - bu, açıq faktdır- deyə, Peskov vurğulayıb.