ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə davamlı sülhün qurulması ümidini ifadə edib.
“İki sahil” xəbər verir ki, bunu o, İsrail parlamentində (Knesset) çıxışı zamanı bildirib.
"Qaranlıqda və əsirlikdə iki əzablı il. Cəsur 20 girov ailələrinə qayıdır və bu gözəldir. Bu gün səmalar sakitdir, toplar susublar, sirenalar səssizləşib və sülhə qovuşmuş müqəddəs torpaq üzərində günəş doğur", - ABŞ Prezidenti deyib.
D.Tramp HƏMAS və İsrail arasında sülh sazişinin "terror və ölüm dövrünün sonu, inam dövrünün başlanğıcı" olduğunu bəyan edib.
Daha sonra ABŞ lideri girovların azad edilməsi məsələsində HƏMAS-a təzyiq göstərmək üçün birləşən ərəb və müsəlman dünyası ölkələrinə minnətdarlığını bildirib.