26 oktyabr 2025 00:38
147

ABŞ Tayvanı dəstəkləməkdən imtina etməyəcək - Rubio

ABŞ Çinlə ticarət müqaviləsi qarşılığında Tayvana dəstəkdən imtina etməyi planlaşdırmır.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Ola bilsin ki, kimlərsə ticarət sazişi görmək istəyir, amma biz Tayvandan imtina etməklə əlverişli ticarət şərtləri əldə etməyə çalışmırıq. Heç kim bu barədə düşünmür", - deyə o vurğulayıb.

Bundan əvvəl məlum olub ki, Çin Xalq Respublikası və ABŞ nümayəndə heyətləri arasında ticarət məsələləri üzrə danışıqlar Kuala-Lumpurda başlayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli münasibətləri, eləcə də Rusiya-Ukrayna müharibəsi və Tayvanla bağlı məsələləri müzakirə etmək üçün görüşəcək.