 
                    Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin iclasında təhsil sektorundakı mühüm məsələlərə diqqət çəkib.
“İki sahil” xəbər verir ki, o bildirib ki, təhsilimizdə hələ də müəyyən problemlərin qalması hamımızı narahat edir:
"Hər bir məktəbin əsas siması məktəbin direktoru, onun müavinləridir. Universitetin siması isə onun rektorudur. Rektorun xarakteri, direktorun kimliyi o müəssisənin taleyinə çox önəmli təsir göstərir. Orada təhsil prosesinin nə qədər keyfiyyətli olmasını təmin edir".
Fazil Mustafa ardınca qeyd edib ki, Azərbaycanda 600 məktəbdə direktor vəzifəsi boşdur: "Yəni 600 məktəbin siması görünməməkdədir. Direktor seçimi üçün hər dəfə yeni metodologiya kəşf olunur. Kiçik bir ölkəyik, çox sayda məktəbimiz yoxdur. Bir direktor seçimi nədir ki? Bu qədər testdən, mərhələdən keçməlidir. İki yerə bölünüb. Şagird sayı 500 nəfərədək olan məkətblərdə bir prosedur gedir. 500-dən çox olanda isə 3 mərhələli sistem qoyulur. Mürəkkəb bir labirint yaradılır. Heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur. Bu da məktəblərdə təhsilin səviyyəsini xeyli aşağı salır.
Məsələn, məktəbdə kollektiv içərisində rəy sorğusu keçirirsən, 10 il stajı olandan birini direktor seçirsən. Yaxud kadr bankı yaradılır. Necə olur ki, məktəb direktoru, kadr bankı lazımi səviyyədə yaradılmayıb? Bir-iki il itirilən təhsil sonradan uşaqların taleyində öz sözünü deyir".
 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri  Göygöl rayonunda vətəndaşlarla görüşüb
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri  Göygöl rayonunda vətəndaşlarla görüşüb 
                                 Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib
                                
                                    
                                    
                                
                                
                                
                                    Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib