Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Regional Ekologiya İdarəsinin əməkdaşları avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə birgə tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, tədbir zamanı avtomobillərin texniki vəziyyəti yoxlanılıb, nəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
“Yeşil İğdır” qəzetinin baş redaktoru: Qarabağa hər səfərimdə yeni bir inkişaf görürəm
Şeyxülislam: Azərbaycan dini tolerantlıq və multikultural həyat tərzi baxımından dünya dövlətləri üçün örnəkdir – MÜSAHİBƏ